DƏHŞƏTLİ QƏZA: 12 ölü, 19 yaralı

3 Aprel 2017 20:38 (UTC+04:00)

Çinin Xunan əyalətində yük maşını qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi bildirib.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 19-u yaralanıb. Məlumata görə, avtomobilin yük yerində yaşıllaşdırma üzrə işlərdən qayıdırdılar.

Qəzanın səbəbinin müəyyən edilməsi üçün araşdırma aparılır.

Ömər