BMW zavodunda partlayış - Xəsarət alanlar var

4 Aprel 2017 01:13 (UTC+04:00)

Bavariya federal torpağında yerləşən "BMW" avtokonserninə məxsus zavodda partlayış baş verib.

Publika.az xəbər verir ki, partlayışda 5 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, zavodda sıxılmış qaz balonu partlayıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu, helikopterlə xəstəxanaya aparıldığı bildirilir. (trend)