Yevda Abramov: "Abid Şərifovu Bakıdan İsrailə təcili aparıblar"

4 Aprel 2017 13:00 (UTC+04:00)

Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov Baş nazirin müavini Abid Şərifovun İsraildə əməliyyat olunmasına münasibət bildirib.

Y.Abramov Publika.az-açıqlamasında deyib ki, Abid Şərifov hazırda İsrailin Hayfa şəhərindəki xəstəxanada müalicə olunur:

"Mən Abid müəllimin İsraildə əməliyyat olunmasını 2 gün sonra bilmişəm. Onu Bakıdan İsrailə təcili aparıblar. Hazırda da Abid Şərifov İsraildədir. Yəqin ki, hələ bir neçə gün orada həkim nəzarətində olacaq".

Köməkçisindən Abid Şərifovun səhhətilə bağlı AÇIQLAMA - YENİLƏNDİ - FOTO

Vasif Həsənli