Rusiya məscidi bombaladı: 21 ölü, 35 yaralı

4 Aprel 2017 17:39 (UTC+04:00)

Suriyanın şimalında yerləşən İdlib vilayətinin Şalkin və Cisr eş-Şugur mahallarında hava əməliyyatı təşkil edilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Salkin mahalının mülki müdafiə səlahiyyətlilərindən olan Taha əl-Ömər Rusiya təyyarəsi olduğu təxmin edilən hərbi təyyarənin Salkində Ravda məscidi və bazarı bombaladığını bildirb.

Onun sözlərinə görə, məscid və bazarın bombalanması nəticəsində aralarında qadın və uşaqların da olduğu 16 nəfər ölüb, 35-dən çoxu yaralanıb.

Cisr eş-Şugur mahalında təşkil edilən hava hücumunda isə 5 mülki şəxs həyatını itirib. Xeli sayda yaralının olduğu bildirilir.

Ömər