Bakıda Fransa qastronomiya günləri başlayır - FOTO

4 Aprel 2017 19:22 (UTC+04:00)

Bakıda Fransa qastronomiya günləri başlayır.

Trend-in məlumatına görə, bununla bağlı Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez mətbuat konfransında deyib. O bildirib ki, tədbir fransız mətbəxinin mükəmməlliyini, müxtəlifliyini, yemək mədəniyyətini, məhsulların keyfiyyətinə diqqəti təqdim etmək üçün əla fürsətdir. Diplomat deyib ki, artıq üçüncü dəfədir bu tədbir keçirilir.

Bu il qastronomiya günləri daha geniş şəkildə təşkil olunacaq. A.Buşezin sözlərinə görə, aprelin 15-dək müxtəlif restoranlarda tədbirlər keçiriləcək. Məqsəd fransız məhsullarını Azərbaycanda tanıtmaqdır.