İŞİD-dən növbəti QƏDDARLIQ: 30-dan çox sakini edam etdilər, cəsədləri küçələrə atdılar

4 Aprel 2017 21:05 (UTC+04:00)

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 30-dan çox sakini edam ediblər.

Publika.az xəbər verir ki, terrorçular sakinləri nəzarətdə saxladıqları əraziləri tərk etmək cəhdində ittiham ediblər.

Məlumata görə, edam olunanların hamısı kişidir.

Şahidlərin sözlərinə görə, terrorçular sakinləri qorxutmaq məqsədi ilə öldürülən şəxslərin meyitlərini küçələrə atıblar.