Qazaxıstanda GÜCLÜ ZƏLZƏLƏ - 6,3 bal

4 Aprel 2017 23:42 (UTC+04:00)

Şərqi Qazaxıstan vilayətində 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentri Almata şəhərindən 732 kilometr uzaqlıqda yerləşib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:07-də qeydə alınıb.