Azərbaycan kinosunun USTADLARI yeni filmdə - VİDEO

5 Aprel 2017 10:45 (UTC+04:00)

Azərbaycan kinosunun ustad aktyorları: Rasim Balayev, Fuad Poladov, Məbud Məhərrəmov və Arif Quliyev yeni “Nazlı” romantik-komediya filmində çəkilib.

Publika.az xəbər verir ki, film aprelin 27-də təqdim olunacaq. Filmdə baş rolları xalq artistləri Rasim Balayev, Fuad Poladov, Arif Quliyev, Məbud Məhərrəmov, əməkdar artistlər Mehriban Xanlarova, Nahidə Orucova, gənc aktyorlar Ülvi Həsənli, Qorqud Cəfərli, Xumar Səlimova canlandırıb.

“Nazlı” nın quruluşçu rejissoru Rəhman Rafiqoğlu, quruluşçu operator Əli Sultanov, geyim üzrə rəssamı Mehriban Əfəndidir. Filmin baş produseri Murad Məhərrəmlidir.