Səfirlik qarşısında partlayış

6 Aprel 2017 01:38 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Publika.az xəbər verir ki, insident Qətər səfirliyinin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, bundan əvvəl Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb.