Daha 4 telekanal "Azərspace-1"də

6 Aprel 2017 15:26 (UTC+04:00)

Gürcüstanın dörd populyar kanalı (“İmedi” TV, “GDS” TV, “Pirveli” TV və “Marneuli” TV) “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

“Azərkosmos” ASC-dən Publika.az-a verilən məlumata görə, imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır.

Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.