İŞİD Rusiyada hücuma görə məsuliyyəti üzərinə götürdü

6 Aprel 2017 19:18 (UTC+04:00)

İŞİD terror qruplaşması Rusiyanın Həştərxan şəhərində Rusiya Milli Qvardiyasının əməkdaşlarına silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda “Amaq” portalı (İŞİD-in informasiya xidməti) bildirib.

Portalın yazdığına görə, məhz qruplaşmanın üzvləri aprelin 4-də Həştərxanda iki polisi öldürüblər, həmçinin eyni şəhərdə aprelin 6-da gecə saatlarında Milli Qvardiyanın əməkdaşlarına atəş açıblar.

Bu gün əvvəl yayılan xəbərə görə, Milli Qvardiyanın əməkdaşlarına hücum edən 4 döyüşçü öldürülüb.

Ömər