İŞİD Mosulda hərbi helikopteri vurdu - Pilotlar öldü

6 Aprel 2017 21:00 (UTC+04:00)

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində hərbi helikopteri vurublar.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopter İŞİD-in Mosulun qərb hissəsindəki mövqelərinə zərbələr endirdiyi zaman terrorçular tərəfindən vurulub.

İnsident nəticəsində iki pilot həlak olub.