Şirvanda 75 yaşlı qadını maşın vurdu

6 Aprel 2017 21:24 (UTC+04:00)

Şirvanda piyadanın ölümü ilə nəticələnə qəza baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində baş verib. Şirvan sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən şəhər sakini, 1974-cü il təvəllüdlü Həsənov Natiq Qocabəy oğlunun idarə etdiyi “QAZ-24” markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.