İŞİD 2 türk hərbiçisini yandırdı

7 Aprel 2017 10:21 (UTC+04:00)

İŞİD terror təşkilatı əsir götürdüyü iki türk hərbiçisini yandıraraq, öldürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD terrorçuları türk hərbiçilərini yandırdıqlarını əks etdirən görüntüləri də internetdə yayıblar.

İŞİD terrorçuları “Fərat qalxanı” əməliyyatları zamanı əsir düşən daha 2 nəfər türk hərbiçisinin isə başına güllə vuraraq öldürüb.

Vasif Həsənli