Zavodda PARTLAYIŞ: 1 ölü, 3 yaralı

7 Aprel 2017 16:04 (UTC+04:00)

Türkiyənin Osmaniyə şəhərində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə xlor qazının sızması nəticəsində baş verib.

Hadisənin səbəbləri araşdırılır.