100-dən çox uşaq təbii fəlakətin qurbanı oldu

8 Aprel 2017 09:18 (UTC+04:00)

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.

Publika.az xəbər verir ki, ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.

Məlumata görə, 127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi - İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. (apa)