Avtomobil ATV-nin hasarını uçurdu, yaralılar var - QƏZA - FOTOLAR

8 Aprel 2017 11:18 (UTC+04:00)

Maşın ATV-nin hasarını uçurub.

Publika.az xəbər verir ki, Türkiyənin ATV telekanalının yerləşdiyi küçədə baş verən qəza nəticəsində, maşın hasarı uçurub, 4 nəfər yaralanıb.

Gecə saatlarında baş verən qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Avtomobil yol kənarındakı hasara çırpılıb və telekanalın həyətinə düşüb.

Hadisə baş verən zaman avtomobilin içərisində 4 nəfər olub. Onlar əraziyə gələn təcili yardım və xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Gülxar