Rusiyada növbəti TERROR: iki polis öldürüldü

8 Aprel 2017 11:04 (UTC+04:00)

Naməlum şəxslər Rusiya Federasiyasının İnquşetiya Respublikasının Malqobek şəhərində polis patrulunu atəşə tutublar.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.

Atəş nəticəsində iki polis əməkdaşı ölüb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Silahlıların tutulması üçün operativ tədbirlər həyata keçirilir.

Ömər Dağlı