Uşaqlar üçün 166 avroya "Volvo" - FOTO

8 Aprel 2017 15:11 (UTC+04:00)

Nüfuzlu "Volvo" avtomobil brendi uşaqlar üçün maşın modeli hazırlayıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, şirkət tarixində ilk dəfə olaraq belə bir model hazırlayır.

Qiyməti 166 avroya olan bu maşınlar 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Maşının dizaynı "Sedan S90" modelinə bənzədilib.

Yalnız gümüşü rəngdə olan bu maşınları internet vasitəsi ilə də almaq mümkündür.

Şəfiqə ŞƏFA