ABŞ-dan Suriyada növbəti bombardman – 10 ölü

8 Aprel 2017 17:00 (UTC+04:00)

ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-koalisiya qüvvələri İŞİD terror təşkilatının nəzarətində olan Suriyanın Rakka şəhərinin qərbini bombalayıb.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda Suriyanın SANA rəsmi informasiya agentliyi bildirib.

Bombardman nəticəsində ən azı on dinc sakinin həlak olduğu bildirilir.

Ömər