DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yaydı

8 Aprel 2017 17:29 (UTC+04:00)

Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a daxil olan bəyanatda deyilir:

"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.