Suriyada avtobus partladı: 1 ölü, 25 yaralı

8 Aprel 2017 22:39 (UTC+04:00)

Suriyanın Homs vilayətində avtobus partlayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, avtobusun partlaması nəticəsində 1 nəfər həlak olub, yaralanaların sayı isə 25 nəfərə çatıb.

Xəbərdə deyilir ki, partlayıcı qurğu avtobusda sürücü oturacağının yanına quraşdırılmışdı.

Daha əvvəl, partlayış nəticəsində 11 nəfərin yaralandığı bildirilirdi.