Narkodiler qruplaşmasının 7 üzvü həbs edildi

9 Aprel 2017 15:47 (UTC+04:00)

Yunanıstanın Sahil Mühafizəsi Albaniyadan İtaliyaya külli miqdarda narkotik maddə daşıyan beynəlxalq qruplaşmanı müəyyənləşdirdiyini xəbər verib.

Publika.az report.az-a istinadən bildirir ki, qurum narkotik maddələrin daşınması üçün sürətli katerlərdən istifadə edildiyini bildirib.

Sahil Mühafizəsinin Narkotiklərlə Mübarizə bölməsi bununla bağlı keçirilən əməliyyat zamanı 7 nəfəri həbs edib. Onlardan 5-i alban, 2-i yunandır. Cinayətkarlardan 1,5 tondan çox marixuana götürülüb və qruplaşmanın 2 sürətli kateri müsadirə edilib.

Hesablamalara əsasən qruplaşma üzvləri qeyri-leqal yolla milyonlarla avro pul qazanıb.