Astarada 9 yaşlı uşağı maşın vurdu

9 Aprel 2017 21:11 (UTC+04:00)

Astara şəhərində 9 yaşlı uşağı maşın vurub.

Publika.az xəbər verir ki, Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan Rzazadə Allahverdi İsrafil oğlu evlərinin yaxınlığında avtomaşın tərəfindən vurularaq ciddi xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan yaralı ilkin tibbi müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. (report)