Ölən məktəbli məhşur axundun oğlu imiş

10 Aprel 2017 14:45 (UTC+04:00)

Dünyasını dəyişən 4-cü sinif şagirdi Təzə Pir Məscidinin axundu Mircəfər Əyyubzadənin oğludur.

Bu barədə aznews.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev məlumat verib. Onun sözlərinə görə, hazırda Təzə Pir məscidində mərhum Səccad Əyyubzadəyə 3 mərasimi keçirilir.

***

Bakıda orta məktəb şagirdi qəflətən ölüb.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, S. Əyyubzadə dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, S.Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş. (apa)