Sibel Can TANINMAZ HALDA – FOTO

10 Aprel 2017 10:45 (UTC+04:00)

Məşhur müğənni Sibel Can tanınmaz hala düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni son 3 ayda 10 kq arıqlayaraq çəkisi 55 kq olub. Bu barədə müğənni sosial şəbəkədə özü məlumat verib. O, "36 bədən ölçülərinə qovuşdum. “Fotoşopdurmu?", - deyə soruşanlara demək istəyirəm ki, yox. Reallıqdır!”.

2000-ci ildən bəri müxtəlif pəhrizlər ilə gündəmə gələn, 3 dəfə pəhriz düşərgəsinə gedən 46 yaşlı Sibel Can nəticədə hədəfinə çatıb.

Tez-tez arıqlayıb kökələn ifaçı Türkiyədə saxladığı pəhrizlərlə fenomen halına gəlib.

Aytən

Sibel Candan inanılmaz gözəllik reseptləri – FOTOLAR