Prezident Gəray Fərhadova orden verdi

10 Aprel 2017 18:09 (UTC+04:00)

Prezident İlham Əliyev Gəray Fərhadovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Gəray Fərhad oğlu Fərhadov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.