İŞİD-in “Şir” ləqəbli lideri məhv edildi

10 Aprel 2017 19:51 (UTC+04:00)

Ötən gecə Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror qruplaşmasının liderlərindən biri olan “Şir” ləqəbli Kari Şer Məhəmmədi məhv edib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstanın Sari-Pul əyalətinin qubernatoru Məhəmməd Zahir Vahdat “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Əməliyyat zamanı terrorçunun 3 mühafizəçisi də məhv edilib.