Almaniyada saxlanılan miqrantın Rusiya səfirliyini partlatmaq planı

10 Aprel 2017 21:06 (UTC+04:00)

Leypsiq şəhərində saxlanılan miqrant Rusiyanın Almaniyadakı səfirliyi qarşısında terror aktı törətməyi planlaşdırırmış.

APA-nın məlumatına görə, bu barədə “Der Tagesspiegel” qəzetinə hüquq-mühafizə orqanlarından bildiriblər.

Ötən gün Almaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən miqrantı saxlayıb. 25 yaşlı Mərakeş əsilli oğlan aprelin 8-də Leypsiq şəhəri yaxınlığında qaçqın düşərgəsində keçirilən əməliyyat zamanı tutulub. İlkin məlumata əsasən, o, Almaniyanın paytaxtı Berlində terror aktı törətməyi planlaşdırırmış.