Varlı balası "Kalaşnikov"u küçədə "Galendewagen"dən çıxarıb atəş açır - VİDEO

10 Aprel 2017 21:33 (UTC+04:00)

İnternetdə naməlum şəxsin "Kalaşnikov" avtomatını "Mercedes-Benz Gelandewagen"in lyukundan çıxarıb atəş açdığını əks etdirən görüntülər yayılıb.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, bu görüntülərin Sankt-Peterburqda çəkildiyi ehtimal edilir. Videokadrları İnstagram-da "richrussiankids" ("Varlı rus uşaqları") qrupunda arteeem015 adlı istifadəçi yerləşdirib. Videorolik #untouchable (toxunulmazlar) və #ak47 heşteqi ilə müşayiət olunur.