Rusiyada ağır yol qəzası: 5 ölü

11 Aprel 2017 06:52 (UTC+04:00)

Rusiyanın Oryol vilayətində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Oryol-Bryansk avtomagistralında qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində Oryol vilayətinin Uritsk rayon sakinləri olan 2 qadın və 3 kişi ölüb. Ağır xəsarətlər alan yük avtomobilinin sürücüsü xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.