BƏDBƏXT HADİSƏ: Dayanacağın uçması nəticəsində 6 nəfər öldü

11 Aprel 2017 07:24 (UTC+04:00)

Meksikanın paytaxtı Mexikoda inşa edilən dayanacağın uçması nəticəsində 6 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi yanğınsöndürmə xidmətinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Mexikonun qərbində baş verib. Hadisə zamanı həmçinin 20 nəfər xəsarət alıb.

Yanğınsöndürmə xidmətinin rəhbəri Raul Eskivel bildirib ki, dağıntılar altında daha bir neçə nəfərin qalması ehtimalı var.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.