Bakıda kafedə 41 yaşlı kişi bıçaqlandı

11 Aprel 2017 08:26 (UTC+04:00)

Bakıda kafedə mübahisə zamanı 41 yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində kafelərin birində dava baş verib. Nəticədə 1976-ci il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan E.Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.