Dollar ucuzlaşdı

11 Aprel 2017 13:32 (UTC+04:00)

Aprelin 11-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7029 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 11-nə USD/AZN rəsmi məzənnəsi 1,7031 səviyyəsində müəyyən olunub.