Filippində güclü zəlzələ

11 Aprel 2017 22:37 (UTC+04:00)

Filippin sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji xidməti məlumat verib.

Təkanlar yerli vaxtla saat 22.42-da Pondaquitan yaşayış məntəqəsinin 126 kilometr cənub-şərqində qeydə alınıb. Zəlzələnin ocağı 9,6 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.