İndoneziyada təyyarə yoxa çıxdı

12 Aprel 2017 12:22 (UTC+04:00)

İndoneziyanın şərqində yerləşən Papua əyalətində kiçik sərnişin təyyarəsi itib.

Publika.az xəbər verir ki, bu haqda “Sinxua” agentliyi bildirib.

Aviadispetçerlər təyyarə ilə əlaqəni itiriblər. İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi təyyarənin içində bir neçə sərnişinin olduğunu bildirib. Təyyarənin axtarışı üzrə əməliyyat başlanıb.

Ömər