Rusiya və ABŞ razılığa gəldi

12 Aprel 2017 22:30 (UTC+04:00)

Rusiya və ABŞ Suriyada hansı şəkildə əməkdaşlıq edəcəkləri barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putin ilə görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Biz Suriyada hansı şəkildə işləyəcəyimiz barədə razılığa gəldik", - deyə Tillerson bildirib.