Çilidə güclü zəlzələ

13 Aprel 2017 09:26 (UTC+04:00)

Çilidə 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Geoloji Xidmətindən verilən məlumata görə, Sakit okean sahillərində yerləşən Çilidə 5,4 bal gücündə zəlzələ olub.

Zəlzələ yerli vaxtla 03.42-də qeydə alınıb.

Dərinliyi 43,2 km olan yeraltı təkanların episentri Ovale şəhərindən 51 km cənuba yerləşir.

Hadisə nəticəsində dağıntılar və həlak olanlar barədə ətraflı məlumat yoxdur.

Könül Cəfərli