ABŞ Suriyanı bombaladı – Yüzlərlə ölü

13 Aprel 2017 15:38 (UTC+04:00)

ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri İŞİD terror qruplaşmasının Deyr-ez-Zor əyalətindəki kimyəvi silah anbarını bombalayıb.

Publika.az xəbər verir ki, bu haqda Suriya ordusunun Baş qərargahından bildirilib.

Bombardman nəticəsində zəhərlənmədən yüzlərlə İŞİD döyüşçüsü və dinc sakin həlak olub.

“Zərbələrin endirildiyi ərazinin üzərində ağ, daha sonra sarı bulud yarandı. Bu, böyük miqdarda zəhərli maddənin mövcudluğunu göstərir”, - xəbərdə deyilir.

Ömər