Paytaxtı qana boyayacaqdılar – Qruplaşma məhv edildi

13 Aprel 2017 17:36 (UTC+04:00)

İraq kəşfiyyatı paytaxt Bağdadda İŞİD terror qruplaşmasının dəstəsini məhv edib.

Publika.az xəbər verir ki, bu haqda kəşfiyyatın bəyanatına istinadən “Al-Arabiya” telekanalı bildirib.

Xəbərə görə, terror qruplaşmasının üzvləri kamikadzelərin iştirakı ilə paytaxtda onlarla terror aktı törətməyə hazırlıq görürdü. Kanal qeyd edir ki, İŞİD qruplaşması daha əvvəl Bağdadda törədilmiş bir neçə terror aktına görə məsuliyyət daşıyır.

Nə qədər terrorçunun öldürüldüyü və saxlanıldığı barədə məlumat verilmir.

Ömər