ABŞ hərbçisi Türkiyədə ölü tapıldı

13 Aprel 2017 19:21 (UTC+04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin Türkiyənin İncirlik bazasında yerləşən 39-cu Hava hərbi bazasının hərbçisi J. Gardner (29) ölü tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, çavuş rütbəli hərbçini aprelin 10-da bazadakı otağında tapıblar.

Hərbçinin ölüm səbəbinin müəyyən edilməsi üçün istintaq aparılır.

Ömər