"Turan Tovuz" elitaya qayıdır

13 Aprel 2017 20:39 (UTC+04:00)

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, bu, Qərb təmsilçisinin I Divizionunun XXIV turu çərçivəsində MOİK-i 1:0 hesabı ilə məğlub etməsi ilə rəsmiləşib.

Yeganə qolu uzatma dəqiqələrində Rəhman Musayev vurub. Növbəti qələbə sayəsində xalını 57-yə çatıran "Turan Tovuz” sona 2 tur qalmış ilk 2 pillədən birini özünə təmin edib.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilən Əsasnaməyə uyğun olaraq, 2016/2017 mövsümündə I divizionda ilk üç pilləni tutan komanda Premyer Liqaya vəsiqə qazanır.