Bakıda yol polisinin avtomobili qəzaya səbəb oldu - FOTO/VİDEO

14 Aprel 2017 08:00 (UTC+04:00)

Bakıda yol polisinin avtomobili qəzaya səbəb olub.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində sərxoş sürücü tərəfindən idarə edildiyi iddia olunan "Mercedes" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus 90-YP-353 nömrəli xidməti avtomobil "Mercedes" markalı avtomobili təqib edib. Nəticədə "Mercedes"-in sürücüsü idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.