Homoseksuallara qarşı işgəncə düşərgələri açıldı – DÜNYADA İLK

14 Aprel 2017 10:04 (UTC+04:00)

Çeçenistanda homoseksuallara qarşı dünyanın ilk işgəncə düşərgələri açılaraq istifadəyə verilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən düşərgədə cinsi azlıq nümayəndələrinə elektrik və digər dəhşətli üsullarla işgəncələr verilir. Hətta, həmin düşərgələrə düşən bəzi homoseksuallar məruz qaldıqları ağır işgəncələrə dözə bilməyib ölür.

Həmçinin homoseksuallara qarşı işgəncə düşərgələrinin ləğv edilməsi ilə bağlı “Avaaz.org” beynəlxalq xəbər portalında petisiya yaradılıb. Petisiyada Rusiya və Çeçenistan prezidentlərindən sözügedən işgəncə düşərgələrinin bağlanılması tələb olunur.

Vasif Həsənli