Keçmiş polis işçisi qonşusunu güllələyərək öldürdü

14 Aprel 2017 15:57 (UTC+04:00)

Qax rayonunda güllələnmə hadisəsi olub.

Bu gün rayon sakini, 1959-cu il təvəllüdlü Aydın Musa oğlu Musayev qonşusu Nəbi (soyadı dəqiqləşməyib) adlı şəxs tərəfindən güllələnərək öldürülüb.

Qeyd edək ki, hadisəni törədən şəxs keçmiş polis işçisidir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa)