Referendum öncəsi Türkiyəni partlatmaq istədilər

15 Aprel 2017 16:58 (UTC+04:00)

Türkiyədə referendum öncəsi terror aktı törətmək istəyən 8 İŞİD-çi həbs olunub.

Publika.az
xəbər verir ki, İstanbul polisinin keçirdiyi əməliyyatda İŞİD-çilərdən külli miqdarda partlayıcı maddə də götürülüb.

Məlumata görə, terrorçular İstanbulun müxtəlif yerlərində partlayışlar törətməyi planlaşdırıbmış.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə referendum keçiriləcək.

Asif