Dünyanın ən yaşlı qadını vəfat etdi

15 Aprel 2017 21:58 (UTC+04:00)

İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib.

Publika.az xəbər verir ki, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.

E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o, Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.