Nyu-Yorkda Tramp əleyhinə aksiya

16 Aprel 2017 01:19 (UTC+04:00)

Nyu-Yorkda ABŞ-ın 45-ci prezidenti Donald Tramp əleyhinə aksiya keçirilir.

Publika.az xəbər verir ki, mitinqdə 5 minədək etirazçı iştirak edir.

Etirazçılar prezidentin vergi bəyannaməsinin dərc edilməsini tələb edirlər. Nümayiş “Tax Day” – vergi ödənilməsi günü ərəfəsi keçirilir.

Analoji etiraz aksiyalarının ABŞ-ın bir çox şəhərində təşkil olunacağı gözlənilir. D. Tramp son 40 il ərzində prezidentliyə seçki kampaniyası zamanı vergi deklarasiyasını təqdim etməkdən imtina edən ilk iri partiya təmsilçisi olub. (apa)