Bərdədə ev əşyaları ilə birgə yandı

16 Aprel 2017 22:58 (UTC+04:00)

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Soğanverdilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik ümumi sahəsi 18 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.