Gecə klubuna qumbara atıldı - 37 yaralı

17 Aprel 2017 06:01 (UTC+04:00)

Kolumbiyanın Buqa şəhərində gecə klubunda partlayış baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə nəticəsində azı 37 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin məlumata əsasən, naməlum şəxslər gecə klubuna qumbara ataraq hadisə yerindən qaçıblar. Faktla bağlı polis araşdırma aparır.